Arzu Əliyevanın toydan sonrakı partidən şəkli – Foto
14-09-2011, 11:50
Oxunub: 6 535
Onların həmçinin toyun dəvətnaməsi də yayımlanıb
Sentyabrın 3-də ailə həyatı quran Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın toydan sonra təşkil edilən partidən çəkilən şəkli ortaya çıxıb. Bolgexeber.com-un məlumatına görə, şəkli dövlət başçısının digər qızı Leyla Əliyeva öz facebook profilində paylaşıb. Onların həmçinin toylarının dəvətnaməsi də ilk dəfə yayımlanıb. Oxucuların bu görüntüləri maraqla gözlədiyini nəzərə alaraq həmin şəkilləri təqdim edirik.
Qeyd edək ki, Azərbaycan prezidentinin qızı Azru xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə ailə həyatı qurub. Onun nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.
Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər