Kəmaləddin Heydərov iki qızıl medala 9 milyon ödəyib
23-09-2011, 17:35
Oxunub: 5 523
Beynəlxalq Olimpiya Komitəsi Həvəskar Boks üzrə Beynəlxalq Assosiasiyanın (AİBA) ünvanına irəli sürülən ittihamların araşdırılmasını keçirəcək.
Bolgexeber.com-un lenta.ru saytına istinadən əldə etdiyi məlumata görə, “Reuters”in yaydığı xəbərdə təşkilat 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunlarda iki qızıl medalın əvəzinə Azərbaycandan bir neçə milyon dollar alınmasında şübhəli bilinir.
BBC əməkdaşının araşdırmalarında da idman məmurlarının ələ alınması barədə faktların olduğu xəbər verilir. BBC-ın məlumatında, Azərbaycandan olan investorun AİBA-nın himayəsi altında keçirilən yarışlara görə pulun Ümumdünya Boks Seriyasına (WSB) ödədiyi bildirilir.
AİBA təsdiq edib ki, hansısa azərbaycanlı boks təşkilatına maliyyə yardımı göstərib. Təşkilat həmin məbləğin doqquz milyon dollar olduğunu qeyd edib. Lakin pulun olimpiya oyunlarının qızıl medalının əvəzində verilməsi mənasız və səhv adlandırılıb. Xəbərdə qeyd olunur ki, bir qədər əvvəl WSB nümayəndələri təşkilata İsveçrə şirkəti tərəfindən ödənildiyini deyirdilər.
BBC-ın məlumatına görə, AİBA-ya pulu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ödəyib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər