Şirvanda qanlı olay
29-09-2011, 01:10
Oxunub: 6 065
Sahibkarın oğlu pula görə satıcının boğazını kəsdi
Şirvan şəhərində ağır qətl hadisəsi qeydə alınıb. Hadisə ötən gün saat 20 radələrində Köhnə Şəhər adlanan yaşayış massivindəki mağazada baş verib. Bolgexeber.com-a məlumat verən qaynaq deyir ki, Heydər Əliyev prospektində yaşayan və adıçəkilən ünvanda satıcı işləyən Emin Qeyrət oğlu Əliyev boğazı kəsilərək öldürülüb.
Məlumatlara görə, qətl hadisəsini törədən şəxs mağazanın sahibi, Şirvanda Hacı Nizam adı ilə tanınan şəxsin oğlu Mehmandır. Məlumatda deyilir ki, iş adamının oğlu Mehman axşam saatlarında dükana gələrək satıcı Emin Əliyevdən pul istəyib. Mərhum da onun atasının icazəsi olmadan kassadan pul verə bilməyəcəyini deyib və nəticədə münaqişə yaranıb. Münaqişə zəminində dükan sahibinin oğlu Emin Əliyevin boğazını bıçaqla kəsərək, qətlə yetirib.
Şirvan Şəhər Polis Şöbəsindən Bolgexeber.com-a daxil olan məlumata görə, polis rəisi hadisə yerinə gedib və hazırda qətl hadisəsi ilə bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər