Müdafiə Nazirliyi: "Cəbhədə gərgin vəziyyət davam edir"
15-09-2010, 09:20
Oxunub: 6 250
Ermənilər cəbhə boyu mövqelərimizi atəşə tutublar
Cəbhədə gərgin vəziyyət yenə də davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də cəbhə boyu atəşkəs rejimini pozub.
Erməni ordusu saat 13.05-dən 13.20-dək Ermənistanın Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.30-dan 14.40-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.40-dan 21.10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, eləcədə saat 09.05-dən 09.25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.45-dən 21.10-dək, 21.10-dan 22.00-dək, 22.00-dan 22.40-dək Tərtər rayonunun Yarımca, Qızıl Oba və Göyarx kəndləri, saat 22.10-dan 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.10-dan 22.25-dək, 23.45-dən 23.50-dək və sentyabrın 15-də saat 00.40-dan 00.45-dək Ağdam rayonunun Kəngərli, Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər