BolgeXeber.Com » Gündəm » Siyaviş Novruzov məktəbli formasindan danışdı

Siyaviş Novruzov məktəbli formasindan danışdı

30-09-2011, 17:35
Oxunub: 4 836 «Azərbaycanda məktəbli forması biznesə çevrilib».

Məktəbli geyimlərinin satışında ciddi problemlərin olduğuna diqqət çəkən deputat bununla bağlı bir sıra təkliflərlə çıxış edib: “Biri deyir, məktəbli formasını mən tikəcəm, o biri deyir mən. Bəlkə Milli Məclis vahid məktəbli formasını təsdiq etsin? Biri bəlkə evində tikəcək, ya qonşusundan alacaq. Bəlkə birinin pulu var, Fransada sifariş verəcək... Hazırda məktəbli geyimlərini bir fabrik istehsal edir. Nə bilək onun direktoru kimdir, necə adamdır?”

Deputat həmkarının fikirlərini dəstəkləyən millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, məktəbli formaları sintetik tərkibli materiallardan istehsal olunur: “Bu da həm keyfiyyətə, həm də onu geyinən uşaqların orqanizminə mənfi təsir göstərir”.

Deputatların sözlərinə reaksiya verən spiker Oqtay Əsədov isə qeyd edib ki, vahid məktəbli formasının tətbiqində məqsəd şagirdlərin geyim bərabərliyini təmin etməkdir.