Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış olub
17-09-2010, 09:10
Oxunub: 6 335
Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb
Ələt-Astara magistral yolunun 201-ci km-də Lənkəran rayonunun Digah kəndində “Diqaz” maye qaz doldurma məntəqəsində partlayışla müşayiət olunan güclü yanğın baş verib. «Bolgexeber.com» -un Lənkəran bürosunun məlumatına görə, hadisə səhər saat 05:30-da qeydə alınıb. Nəticədə yanacaqdoldurma məntəqəsinin üç əməkdaşı xəsarət alıb. Dərhal hadisə yerinə Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayonlarından 10-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin xilasetmə qrupları gəlib.
Yanğının qarşısı saat 08:00-da alınıb. Hadisə zamanı 4 güclü partlayış qeydə alınıb. Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb. Yaxınlıqdakı onlarla binaya ciddi ziyan dəyib. Bir ev tamamilə dağılıb. Yanacaqdoldurma məntəqəsinin 2-3 kilometrliyindəki xəstəxananın pəncərəsinin şüşələri sınıb. Ərazi mühasirəyə alınıb. Yanğın zamanı bağlanan Ələt -Astara magistral yolu qismən açılıb.
Xəsarət alan 42 yaşlı Teymur Əlimuxtar oğlu Əliquliyev, 46 yaşlı Əkbərov Firudin Balaxan oğlu, 44 yaşlı Rufullayev İzzət Qüdrət oğlunun vəziyyəti ağırdır. Hazırda onlara Lənkərandakı xəstəxanada ilkin tibbi yardım göstərilir. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib.
Hadisənin texniki nasazlıqdan baş verdiyi bildirilir. Maye-qaz boşaltma məntəqəsinə yanacaqdaşıyan avtomobil məntəqəyə qaz boşaldarkən sızma baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər