Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib
28-09-2010, 00:55
Oxunub: 5 944
Münaqişədə iştirak edənlərdən biri qız olub
Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib. Bu barədə “Bolgexeber.com”-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rüfət Baba oğlu Məlikov təqsirli şəxs qismində istintaqa cəlb edilib. Polisə verdiyi ilkin ifadəsində Rüfət Məlikov xalq artistini mübahisə zəminində bıçaqladığını etiraf edib. "Orada elə bir yol yox idi ki, mən ona yol verim. Siqnal verdim, əlimi çıxartdım ki, bir dəqiqə, enli yol gələr yol verərəm. Mən özümü müdafiə etmişəm”, - deyə o bildirib.
Müstəntiqin verdiyi məlumata görə, Rüfət Məlikov əvvəllər qəsdən adam öldürmə maddəsinə görə məhkum olunub.
Rüfət Məlikovun ifadəsi əsasında münaqişədə iştirakda şübhəli bilinən digər iki nəfər Seymur Məmmədov və Natəvan Şərifova da istintaqa cəlb edilib. Onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, Azərbaycanın xalq artisti Faiq Ağayev və iki cangüdəni bu gün səhər saatlarında bıçaqlanıb. Müğənni saat 7 radələrində 6 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb.
Faiq Ağayevin cangüdənləri 33 yaşlı Ramin Bayramov 1, 35 yaşlı Azər Musayev isə 2 bıçaq yarası alıb. Hər iki cangüdənə qarın nahiyələrindən bıçaq xəsarəti yetirilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər