“Könüllülük Məktəbi” yaradıldı
7-07-2010, 14:00
Oxunub: 7 774
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni icrasına başladığı “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” layihəsi çərçivəsində “Könüllülük Məktəbi” yaratdı.
Mərkəzdən “bolgexeber”-e verilən məlumata görə region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində “Könüllülük Məktəbi”nin yaradılması müxtəlif regionlar üzrə təlimçilər qrupunun formalaşdırılmasını və həyata keçirilən təlimləri əlaqələndirməyi nəzərdə tutur.
Bu gündən Məktəb 6 regionun hər birindən 2 nəfər olmaqla Bakı şəhərində 1 həftəlik təlimçilərin hazırlanması məqsədilə xüsusi proqram təşkil etməyə başlamışdır.
Proqram çərçivəsində hazırlanan təlimçilər üçün müasir təlim metodları, interaktivliyin təmin olunması, informasiyanın düzgün çatdırılması, komanda ilə işləmək bacarığı və s. öyrədiləcək.
Məktəb bu proqramları mütəmadi olaraq təşkil etməklə, digər regionların gənclərini də əhatə etməyi planlaşdırır.
Qeyd edək ki, layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək nəzərdə tutulub.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər