Bakıda heyvan səsləri «çıxaran» polis serjantı yaxalandı
6-10-2010, 15:45
Oxunub: 6 718
"Səməd, ay Səməd, sən necə də gözəlsən!"
Bakı küçələrində sakinlərin rahatlığını pozan polis serjantı cəzalandırıldı. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin şəxs Polis Akademiyasının əməkdaşı, polis serjantı Vasif Quliyevdir.
Onun idarə etdiyi “Audi” markalı 90 FQ 880 dövlət nömrə nişanlı avtomobil Nəsimi rayon Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəb isə küçədə gecə saatlarında maşınında müxtəlif heyvan səsləri (it, canavar və s.), o cümlədən “Ələsgər”, “Səməd, ay Səməd”, “ Sən necə də gözəlsən” kimi ifadələr olan yüksək səsdə siqnallar verməsidir.
Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, V.Quliyevin avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq kimi yerləşdirilən siqnal aşkarlanıb. Həmin avtomobil cərimə meydançasına gətirilib.
Siqnallar avtomobildən sökülərək məhkəmənin qərarı ilə müsadirə olunub. Sürücü isə İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə cərimələnib.
Faktla bağlı araşdırma aparılır
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər