Rüfət Quliyevin seçicilərlə daha bir görüşü oldu
27-10-2010, 16:10
Oxunub: 6 570
Deputatlığa namizədin görüşü Sütəmurdov kənd klubunda baş tutub
Oktyabr ayının 26-da 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyev Sütəmurdov kənd klubunda seçicilərlə görüş keçirmişdir.
Bu barədə Bolgexeber.com-a namizədin seçki qərargahından məlumat veriblər.
Görüşü deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Rəşid Quliyev açmışdır.
Görüşdə çıxış edən kənd sakinləri: Arzu Orucova, Mahmud Məmmədov, Ağabala Kazımov, Mehman Əliyev və digərləri deputata 5 il ərzində gördüyü işlərə görə öz minnətdarlıqlarını və arzularını bildirmiş, bu seçkilərdə də onu dəstəkləyəcəklərini vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzulamışlar.
Görüşdə çıxış edən deputatlığa namizəd Rüfət Quliyev seçicilərə öz təşəkkürünü bildirərək möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasətdən, ölkədə gedən sıçrayışlı iqtisadi inkişafdan geniş söhbət açmış, seçicilərə öz platformasının müddəalarını açıqlamışdır.
Sonda deputatlığa namizəd seçicilərin çoxsaylı suallarına cavab vermişdir.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes