Bakıda teleqüllə yaxınlığında minədək döyüş sursatı aşkarlanıb
11-11-2010, 13:15
Oxunub: 6 851
]
Hazırda ərazidə əməliyyat qrupu iş aparır
Paytaxt Bakıda yerləşən televiziya qülləsinin yaxınlığında minədək döyüş sursatı aşkar edilib. Bu barədə ANAMA-nın baş direktoru Nazim İsmayılov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu barədə ANAMA-ya məlumat dünən Fövqəladə Hallar Nazirliyindən daxil olub.
“Hazırda ərazidə aidiyyatı orqanlarla birgə 14 nəfərlik xüsusi əməliyyat qrupu işləyir. Oradakı döyüş sursatlarından bəzilərinin döyüş başlığı üzərindədir. Onların içərisində müxtəlif çaplı döyüş sursatı, eyni zamanda helikopterlərdən atılan NURS tipli raketlər də var”, - deyə ANAMA-ya daxil olan məlumatda bildirilir.
Nazim İsmayılov qeyd edib ki, araşdırmalar hələ bir həftə davam edəcək və aşkar edilən sursatların bir qismi agentliyin poliqonunda, bəziləri isə elə yerində partladılaraq məhv ediləcək.
Baş direktor həmin sursatların əraziyə kim tərəfindən atılması barədə araşdırma aparıldığını da qeyd edib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər