Polislə mübahisə edən sürücü maşında keçindi
22-12-2010, 17:30
Oxunub: 6 445
Hadisə Binəqədi rayonunda baş verib
Bu gün saat 15:30 radələrində Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Şamaxinka adlanan ərazidə, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-45 yaşlarında kişi yol polisinin əməkdaşları ilə mübahisə etdikdən sonra idarə etdiyi “VAZ-21099” markalı maşınına minib. Elə bu zaman o, qəfildən maşınında keçinib.
Binəqədi rayon Polis İdarəsindən Bolgexeber-ə faktı təsdiqləyərək bildiriblər ki, ilkin ehtimala görə, kimliyi hələ dəqiqləşdirilməyən kişi ürək tutmasından ölüb. Hadisə yerinə polis İdarəsinin və Prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.
Digər məlumatlara görə, ölən şəxs əslən İsmayıllı rayonundan olan, Suraxanı rayonunun Balaxanı qəsəbəsində yaşayan 49 yaşlı Rafiq Yusif oğlu Umudovdur. O, “Şamaxinka” adlanan ərazidən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onların arasında mübahisə yaranıb və sürücü ürkək tutmasından dünyasını dəyişib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər