İCRA BAŞÇISI OĞLUNA 300 MİNLİK MAŞIN ALIB
17-01-2011, 12:55
Oxunub: 7 148
Oğlu hələ məktəblidir
Məmurların öz ərköyün övladlarını bahalı hədiyyələrlə əzizləməsi təzə məsələ deyil. Prokuror, polis rəisi, məhkəmə hakimləri, nazirliklərin yüksək rütbəli məmurları bu məsələdə sanki yarışa girib. Mətbuat da əlinə çatan belə faktları dəfələrlə işıqlandırıb.
Bu günlərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da bu “yarış”a qoşulub. Əlimizə çatan bilgilərə görə, R.Məmmədov bu yaxınlarda oğluna 300 min dollara təzə avtomobil alıb. Bu dəbdəbəli maşın Almaniyadan məmur övladı üçün xüsusi olaraq sifariş edilib. “Porsche Panamera” markalı bu avtomobil Bakıya ötən ilin sonlarında gətirilib. Avropa bazarlarında 2009-cu ildən satışa çıxarılan bu avtomobillər elə də ucuz və tez tapılan mal deyil. 2010-cu ilin sentyabrına olan məlumata görə, indiyədək bütün dünyada cəmi 25 min belə maşın var. “Xetçbek” sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişir.
Hər biri bir oliqarxa, krala dönən məmurlarımızın bu cür bahalı əyləncəni, ağlasığmaz dəbdəbəni özlərinə rəva görməsi, yuxarıda da dediyimiz kimi, yenilik və gözlənilməz deyil. Burada ən maraqlı məqam odur ki, R.Məmmədovun “Porsche Panamera” arzusuna qovuşmuş oğlu hələ məktəblidir. Onun cəmi 16 yaşı var. Nə deyirik, salamat sürsün...
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər