Ramil Usubov YPX-in əməkdaşlarına xəbərdarlıq etdi
23-01-2011, 14:40
Oxunub: 6 536
Daxili işlər naziri vətəndaşları incitməməyə çağırdı
Azərbaycanın daxili işlər naziri Ramil Usubov yol patrul xidməti əməkdaşlarına xəbərdarlıq edib. Bolgexeber.com bildirir ki, nazir bu gün keçirilən geniş kollegiya iclasında bildirib ki, YPX əməkdaşları vətəndaşları boş yerə incitməməlidir: “Hansısa vətəndaş qayda pozubsa, qanuna uyğun cəzalandırılmalıdır. Həmin şəxsin kiminsə qohumu olması və digər məsələlərə görə qayda pozan şəxslərə qarşı güzəştə getmək olmaz. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir. Yol patrul xidmətinin əməkdaşları tərəfindən də bəzən vətəndaşların əsassız olaraq incidilməsi faktlarına rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Mən bütün idarə rəislərinə tapşırıram, bu hallara son qoyulmalıdır”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər