Şəhid hərbçimiz Mübariz İbrahimova Milli Qəhrəman adı verildi!
22-07-2010, 16:05
Oxunub: 7 535
Prezident İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Dövlət başçısı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi barədə də Sərəncam imzalayıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Prezident qərara alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməldiir.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyunun 19-dakı hücumu zamanı 4 erməni hərbçisi öldürülüb, 4-ü isə yaralanıb. Azərbaycan tərəfdən isə Millli Ordumuzun əsgəri, əslən Biləsuvar rayonundan olan Mübariz İbrahimov qəhrəmanlıq göstərərək şəhid olub. Onun meyiti düşmən tərəfində qalıb. Ermənilər müxtəlif bəhanələrlə hərbçimizin meyitini hələ də qaytarmaqdan imtina edirlər
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər