Müdafiə Nazirliyinin polkovniki evində ölü tapıldı
11-02-2011, 20:20
Oxunub: 7 237
Onun iki azyaşlı uşağı da xəstəxanaya aparılıb
Bakının Səbail rayonunda dəm qazından boğulma hadisəsi baş verib. Səbail rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, bu gün saat 09.00 radələrində quruma Zərifə Əliyeva küçəsi 23 ünvanında bir nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Dərhal əraziyə 39-cu polis bölməsinin və prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.
Məlum olub ki, dəm qazından zəhərlənərək ölən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin şöbə rəisi, polkovnik Aydın Ramiz oğlu Allahverdiyevdir. 44 yaşlı şöbə rəisinin iki azyaşlı övladı 13 yaşlı Ramiz və 12 yaşlı Fatimə isə zəhərlənmə diaqnozu ilə Klniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Toksikologiya şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, uşaqlar xəstəxanaya daxil olarkən orta ağır vəziyyətdə olublar. Hazırda vəziyyətləri yaxşıdır. Sabah evə buraxılacaqları gözlənilir.
Hazırda faktla rayon Prokurorluğunda araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər