Gül Bakıya gəlib
16-08-2010, 13:35
Oxunub: 6 848
Avqustun 16-da Türkiyə prezidenti Abdulla Gül Azərbaycana gəlib. O, Bakıya yola düşməzdən qabaq verdiyi açıqlamada Türkiyənin Cənubi Qafqazda sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini bildirib.
Abdulla Gülün səfəri Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.
Türkiyə prezidentini səfərdə enerji və təbii sərvətlər naziri Taner Yıldız, başqa rəsmi şəxslər, elm adamları və media mənsublarından ibarət heyət müşayiət edir.
Proqram çərçivəsində Abdulla Gül İlham Əliyevlə təkbətək görüşəcək, daha sonra heyətlərarası görüş olacaq və bəzi müqavilələr imzalanacaq.
Abdulla Gül Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə də görüşəcək.
Avqustun 17-də isə o Şəki və Zaqatala rayonlarında olacaq. Sabah Abdulla Gül Zaqatala Beynəlxalq aeroportundan Türkiyəyə yola düşəcək.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər