BolgeXeber.Com » Gündəm » Bakıda zəncirvari qəza baş verib

Bakıda zəncirvari qəza baş verib

20-02-2023, 10:31
Oxunub: 4 040

Bakının Ziya Bünyadov prospektində 4 sedan tipli maşının iştirakı ilə zəncirvari qəza baş verib.


Bolgexeber.com xəbər verir ki, qəza 20 Yanvar istiqamətində, prospektdəki yol ötürücülərinin altında qeydə alınıb.


Qəza zamanı hər hansı xəsarət və ciddi ziyan baş verməyib. Buna baxmayaraq, sürücülər polis gələnə qədər maşınları yolun ortasından çəkməməyi qərara alıblar. Polis hələ də gəlib çıxmayıb və nəticədə böyük tıxac yaranıb.


Hazırda tıxac “Koroğlu” metrostansiyasına qədər uzanır.