BolgeXeber.Com » Gündəm » DYP bu şəxslərə MÜRACİƏT ETDİ

DYP bu şəxslərə MÜRACİƏT ETDİ

6-03-2023, 15:17
Oxunub: 15 344

Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.


Bolgə.TV  xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz Feysbuk hesabında yazıb.


O bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır:


“Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar".