Yol Polis İdarəsi sürücülərə xəbərdarliq etdi
16-06-2011, 22:40
Oxunub: 5 151
Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir
Bolgexeber.com-un verdiyi məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və inzibati məsuliyyətə cəlb ediləcək.
İdarə avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır.
Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %, küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 % , küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %.
İdarədən bildirilib ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.
"Yol hərəkəti haqqında" qanuna müvafiq olaraq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə