METRO TİKİNTİSİ QAN TÖKÜLMƏSİNƏ SƏBƏB OLDU - FOTOLAR
27-08-2010, 16:45
Oxunub: 8 306
Evləri sökülən sakinlər polislər toqquşdu; həbs edilənlər var
Ölülər qəbirlərdən çıxarılır, yaşayış evləri və ABU-nun binası sökülür
Məsələyə etirazını bildirən 5 nəfər polis tərəfindən həbs olunub, bir nəfər isə dəhşətli şəkildə döyülüb Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığında metrostansiya tikilir. Bu tikinti işləri isə sakinlərin kütləvi narazılığına səbəb olub. Bu gün isə ərazidə metrostansiyanın tikilməsi ilə əlaqədar söküntü işlərinə başlanılıb. Bundan əlavə, metrostansiyanın yerləşəcəyi ərazinin bir hissəsi yaxınlıqdakı qəbristanlığa düşdüyü üçün qəbirlər də sökülməyə başlanılıb. Bu isə sakinlərin hiddəti ilə nəticələnib.
Məsələ ilə bağlı redaksiyamıza məlumat daxil olandan dərhal sonra adı çəkilən əraziyə yollandıq. Əraziyə çatarkən burada artıq qəbirlərin çıxarılması başlanmışdı. Buna etiraz edən 100-lərlə sakin isə əraziyə gəlmişdi. Hər hansı bir insidentin yaşanmaması üçün isə qəbristanlığın yaxınlığı polislər tərəfindən əhatəyə alınmışdı, ərazidə olan polislərin sayı isə etirazçıların sayından çox idi. Məsələ ilə bağlı münasibət bildirən sakinlər, bu qəbristanlıqda yaxınlarının dəfn olunduğunu deyərək, qəbirlərin çıxarılmasının heç bir dinə, heç bir mənəviyyata uyğun olmadığı bildirdirirlər.
Sakinlərlə söhbət əsnasında isə məlum oldu ki, hadisələrə etirazını bildirənlər ərazidəki polis qüvvələri ilə toqquşub. Nəticədə sakinlərdən 5 nəfəri polis tərəfindən həbs olunub. Bundan əlavə, 1 nəfər polislər tərəfindən dəhşətli şəkildə döyülüb.
Qeyd edək ki, metrostansiyanın tikintisi ilə əlaqədar Azərbaycan Beynəlxalq Universitetinə məxsus tikilinin bir hissəsi artıq sökülüb. Bundan başqa sakinlərə xəbərdarlıq edilib ki, layihəyə düşən bəzi evlər də bu yaxınlarda söküləcək. Sakinlər isə bunun baş verəcəyi halda kütləvi aksiya keçirəcəklərini deyir.
Xatırladaq ki, məsələ ilə bağlı daha öncə yazmışdıq. Bildirmişdik ki, Metropolitenin rəisi Tağı Əhmədov İcra Başçısı Alı Qocayevlə birlikdə ərazidə keçirilən söküntülərdə ciddi maxinasiyaya yol verir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər