Bakının mərkəzində yeni metro stansiyaları tikiləcək
18-06-2011, 19:40
Oxunub: 5 779
Bakı Metropolitenində üçüncü xəttin tikintisinə başlanılıb.
Bu xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını paytaxtın mərkəzi – Azadlıq meydanı ilə birləşdirəcək.
Bu barədə Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulov məlumat verib.
Yeni metro xətti 6 stansiyadan ibarət olacaq. Xəttin ilk stansiyası «Avtovağzal», ikincisi - «Memar Əcəmi» olacaq. A.Rəsulovun sözlərinə görə, bu məqsədlə «Memar Əcəmi» keçid stansiyasına çevriləcək. Yeni metro xəttinin 3-cü stansiyası Ceyhun Səlimov küçəsində – Bakının «Papanin» adlanan ərazisində, təqribən «Xutor dairəsi»nin ətrafında olacaq. Növbəti, 4-cü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində olacaq. Oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq. Metro xəttinin 5-ci stansiyası isə şəhərin mərkəzinə – Heydər Əliyev Sarayının arxa hissəsində – hazırda salınmaqda olan «Qış bağı»nın başlanğıcında salınacaq. Bu stansiyanın 4-5 çıxışı nəzərdə tutulub. Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və Azadlıq meydanında tamamlanacaq. Azadlıqda tikiləcək stansiya xəttin sonuncu 6-cı dayanacağı olacaq.
Qeyd edək ki, artıq metronun yeni «Avtovağzal» stansiyasında 2 paralel tunelin qazıntısına başlanıb. Bu işlər Almaniya və ABŞ-dan alınmış ən müasir və bahalı qazma qurğuları - «Robbins» (ABŞ) və «Herrenknecht» (Almaniya) vasitəsi ilə aparılır.
Rəis müavininin sözlərinə görə, stansiyaların tikintisi sürətlə aparılacaq. Artıq 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının hazır olması nəzərdə tutulur. «Azadlıq meydanı»na isə metro ən geci 2018-ci ildə çatacaq. Bununla yanaşı, tikinti işlərinin sürəti yerin quruluşundan və geologiyasından asılı olacaq.
Qeyd edək ki, təsdiqlənmiş inkişaf strategiyasına əsasən, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-a, tunellərin uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər