9 yaşlı uşağı vuranları sərəbst buraxıblar
22-06-2011, 17:50
Oxunub: 5 488
Qarabağ əlilinin oğlunun ölümünə bais olan iki avtobus sürücüsü polisdə cəmi 3 saat saxlanılıb
Xəbər veridiyimiz kimi, iynunun 19-da Qarabağ müharibəsi əlili Faiq Quliyevin 9 yaşlı oğlu Firdovsi Quliyev Binəqədi dairəsində 2 marşrut avtobusun arasında qalaraq dünyasını dəyişib.
Bu barədə TİA.AZ-a məlumat verən mərhumun əmisi Fariz Quliyev deyib ki, qardaşı oğlu Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən "İveko-Otoyol" avtobusunun arasında qalıb. Onun bildirdiyinə görə, hadisəni törətmiş şəxslər əzilmiş 9 yaşlı uşağı xəstəxanaya çatdırmaq əvəzinə, aradan çıxıblar.
Bildirək ki, hadisədən sonra 9 yaşlı Firdovsinin ölümünə səbəb olan sürücülər saxlanılıb. Lakin 3 saat saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Onların azadlığa çıxmalarında isə nazirlərdən birinin yaxın qohumunun əlinin olduğu deyilir. Bu barədə məlumat verən mənbələr deyiblər ki, 165 saylı marşurutun himayəçisi sayılan həmin şəxsin sayəsində cinayəti törətmiş adamlar azadlıqda gəzirlər.
Binəqədi rayon Prokurorluğundakı adının çəkilməsini istəməyən mənbənin TİA.AZ-a verdiyi məlumata görə isə baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılsa da, bununla bağlı heç bir tədbir görülmür. Onun sözlərinə görə, bundan sonra da hər hansı bir tədbir görüləcəyi gözlənilmir. Mənbə deyib ki, məsələdə maraqlı olan tərəflər var və onlar işin həbslə nəticələnməsinə imkan verməmək üçün təsir imkanlarından yararlanıblar. O qeyd edib ki, nəinki Binəqədi rayon Prokurorluğu, hətta Binəqədi rayon Polis Şöbəsi də bu məsələdə acizdir. /Bolgexeber.com/
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə