Goranboy rayon icra hakimiyyətinə basqın oldu
1-07-2011, 21:25
Oxunub: 6 108
silahli şəxs Goranboy rayon icra hakimiyyətində insident yaradıb.
Bolgexeber.com APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 45 yaşlı Qasımov Rəhman Allahverdi oğlu özünə məxsus qoşalülə ov tüfəngi ilə Goranboy rayon icra hakimiyyətinə basqın edib. Hadisəyə səbəb Rəhman Qasımovun Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəməsi olub. Xəstə olduğunu əsas gətirərək maddi kömək istəyən Qasımova hər hansı bir kömək etmək imkanının olmadığı bildirildikdə o evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy icra hakimiyyətinə gəlib. İcra hakimiyyətinin əməkdaşları onu sakitləşdirməyə çalışdıqları vaxt hadisə yerinə gələn Məhəmməd Məmmədovu görən Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin Qasımov tərksilah olunub və polis əməkdaşları tərəfindən həbs edilib.
Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev APA-nın Qarabağ bürosuna bildirib ki, insident zamanı heç kəs xəsarət almayıb və RİH-nə hər hansı maddi zərər dəyməyib.
Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə