Azərbaycanın hərbi hissələrində xüsusi rejim elan olundu
7-07-2011, 11:05
Oxunub: 4 567
Səfər Əbiyev xüsusi rejimlə bağlı əmr imzaladı
Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib. Bolgexebe.com-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.
Sabiroğlu bildirib ki, əmrə görə, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.
Nazirlik rəsmisinin sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.
Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə qalxacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə