Bakida silahli basqın
9-07-2011, 14:40
Oxunub: 5 844
"Azercell"in ofisindən külli miqdarda pul apardılar
Bakıda “Azercell” şirkətinin əməkdaşlarına silahlı basqın olub. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. Hadisə rayonun Atatürk prospektində qeydə alınıb.
“Azercell”in əməkdaşları Namiq Hüseynov və Bayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus “VAZ-2107” markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər. Şirkətdən çıxarkən onların üzərində 34 min manat olub. Məlumata görə, onlar həmin pulu banka aparırmış.
Atatürk prospektindəki işıqforun qırmızı işığında avtomobili saxlayarkən naməlum avtomobildən düşən bir neçə şəxs N. Hüseynov və B. Bayramova tapança ilə basqın ediblər. Basqınçıların əlində odlu silahdan başqa qaz balonu və soyuq silah da olub. Naməlum şəxslər N. Hüseynov və B. Bayramova kəsici alətlə xəsarət yetirib, onların əlindəki pulu alaraq hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq – silah və ya silah qismində olan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb (APA)
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər