Gəncə 2504 yaşına hazırlaşır
2-09-2010, 13:20
Oxunub: 19 229
Gəncə 2504 yaşına hazırlaşır. Gəncə şəhərinin 2504 illiyinə həsr edilən tədbirlər planı artıq hazırlanıb.
Şəhər günü sentyabr ayının 23 – də keçiriləcək. Şəhər İcra hakimiyyətindən “Bolgexeber.com”-a verdiyi məlumata görə bir gün öncə carçılar Gəncəni dolaşıb şəhər əhalisini və qonaqları bayram tədbirində iştiraka səsləyəcəklər. Bundan başqa sentyabrın 22 - də Nizami Gəncəvinin abidəsi önündə dahi söz ustadının şerləri səslənəcək. Mir Cəlal Paşayev muzeyində isə Gəncə Dövlət Kamera Orkestri və İsveçrədən gələcək kvartetin iştirakı ilə klassik musiqi gecəsi olacaq. Ənənəyə uyğun olaraq Gəncənin 2504 illiyinə həsr edilən tədbir Gəncə darvazası önündə başlanacaq.
İlk olaraq tədbir iştirakçılarına Məmməd Alimin vətənpərvərlik mövzusunda qələmə aldığı əsər əsasında səhnələşdirilən bir epizod nümayiş etdiriləcək. Artıq kompozisiya üzərində məşqlərə başlanılıb. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi kompozisiyanın əsas süjet xəttini qədim və müasir Gəncə təşkil edəcək.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər