Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi
8-06-2018, 17:25
Oxunub: 7 549
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümumi yığıncağında qurumun vitse-prezidenti vəzifəsinə seçilib
Bolgexeber.com xəbər verir ki, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova da seçki yolu ilə Akademiyanın vitse-prezidentləri vəzifələrinə seçiliblər.
Bundan başqa, açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Bilal Bilalov Akademiyanın vitse-prezidenti vəzifəsinin icraçısı seçilib.
Qeyd edək ki, İ.Quliyev, İ.Həbibbəyli, T.Nağıyev və D.Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdi. N.Paşayeva, İ.Hüseynova, B.Bilalov isə yeni vitse-prezidentlər seçiliblər. Beləliklə, hazırda Akademiyanın 7 vitse-prezidenti var. Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.
N.Paşayeva AMEA-da təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.
N.Paşayeva, İ.Hüseynova və B.Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.
İclasda Akademiyanın bölmələrinin akademik katibləri də seçilib.
Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib. Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi isə Teymur Kərimli olub.
Çox Oxunanlar
- 15-02-2025, 17:57 : Ronaldo İrana gedəcək?
İdman / Xəbərlər
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 12-02-2025, 17:31 : Linza taxanlar üçün PİS XƏBƏR
Sosial / Xəbərlər
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 14-02-2025, 17:28 : MSK nəticələri açıqladı
Xəbərlər / Ölkə
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 13-02-2025, 13:31 : Burak Özçivit buna görə 1 milyon istəyib?
Şou-Biznes / Xəbərlər
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya