Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş
19-02-2019, 13:13
Oxunub: 6 002
ABŞ-ın Ratqers Universitetinin alimləri siqaretdən müntəzəm istifadə edənlərin səhhətində yarana biləcək problemlər barədə açıqlama veriblər.
Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, gündə 20 ədəddən çox siqaret çəkən şəxslərin rəngləri bir-birindən fərqləndirmək qabiliyyəti azalır və onlar yaşlanarkən korluğa daha çox meyilli olurlar.
RenTV xəbər verir ki, mütəxəssislər 5 il ərzində 70 siqaret aludəçisi və heç vaxt tütündən istifadə etməmiş 70 nəfər üzərində müşahidə aparıblar.
Məlum olub ki, siqaret çəkməyənlərin görmə və rəngləri ayırd etmə qabiliyyəti daha yüksək səviyyədədir.
“Psychiatry Research” elmi jurnalında dərc edilmiş hesabatda bildirilib ki, bu nikotinin və tütün yanarkən yaranan tüstünün birbaşa gözə təsiri ilə bağlı ola bilər.
Həmçinin, alimlər görmə qabiliyyətinin azalmasının gözün torlu qişasında oksidantların yüksək konsentrasiyası və əzələlərin büzüşməsi ilə əlaqədar ola biləcəyini də istisna etmirlər.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər