«Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili»
28-04-2023, 14:44
Oxunub: 7 432
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
"Hər bir xalq öz dili ilə yaşayır,, Ulu öndərin dilimiz haqqında söylədiyi bu fikirlər onun dilimizə qayğı və diqqətinin sübutudur. Dünyanın ən böyük natiqlərindən olan Ümummilli liderimiz Azərbaycan xalqına, torpağına, milli dəyərlərinə, dövlətçilik ənənələrinə necə qayğı və diqqətlə yanaşırdısa, dilini də uca tutur, onun inkişafı, dirçəlməsi, saflaşması yolunda əlindən gələni əsirgəmirdi. Hələ 20-ci əsrin 70-ci illərində-dilimizin sıxışdırıldığı bir vaxtda dil məsələsinin gündəmə gətirilməsi, təbliği, inkişafı üçün çalışmaq böyük bir cəsarət tələb edirdi. Təsadüfi deyil ki, 30-cu illərdə dil məsələsi ilə məşğul olan ziyalılarımız repressiyanın caynağından xilas ola bilmirdilər. 70-ci illərdə SSRİ konstitusiyasının qəbulundan sonra dilimiz daha çox təzyiqlərə məruz qaldı, böyük şairimiz B.Vahabzadənin dediyi kimi “Yüksək məqamlarda yasaq dilimiz qovulub yaşadı kənddə, kəsəkdə” Belə bir şəraitdə dilin təbliği məsələsinin qabardlıması böyük bir cəsarət və ustalıq tələb edirdi, digər məsələlərdə olduğu kimi dil məsələsində də dahi şəxsiyyət öz mövqeyini qətiyyətlə bildirərək xalqına bu yolda da böyük rəşadətlə xidmət etmişdir. Xalqına bu tarixi xidmətin nəticəsi olaraq 1978-ci ildə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir“statusunun qazanılmasına nail olmuşdur.
Ümummilli liderimiz H.Əliyevin haqqında yazılmış “Dahi şəxsiyyətin nitq fenomenliyi” kitabında da onun dilimizin incəliklərinə necə bələd olduğu bilinir, dəqiq və səlis danışığı ilə daima marağa səbəb olan nitqləri bizim üçün bir məktəbdir. "Bizim ana dilimiz şeir dilidir” deyən böyük şəxsiyyət, böyük şairimiz S.Vurğun “Azərbaycan” şeirini necə də gözəl söyləyirdi. H.Əliyev dilin qorunması, inkişafı üçün ziyalıları, xalqı daima birgə mübarizəyə səsləmişdir, təhsil almağın öz dilimizlə mümkün olduğunu vurğulayaraq, dilin milli varlığımız olduğunu deyərək yorulmadan bu yolda bütün qüvvələri səfərbər etmişdir....
1995-ci il 12 noyabrda H.Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu, 21-ci maddəyə əsasən Azərbaycan Respublikasının Dövlət Dili Azərbaycan dili oldu. "Xalqı xalq edən, milləti millət edən onun dilidir",-deyən ulu öndər bundan sonra da usanmadan dilin inkişafı yolunda böyük işlər görmüşdür: 2001-ci il 18 iyunda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında sərəncam imzalamışdır. Dilin, inkişafı, möhkəmləndirilməsinə xidmət edən bu fərman nəticəsində Dövlət Dil Komissiyası yaradıldı. H.Əliyevin dil yolunda apardığı siyasət sırf dilimizin inkişafına yönəlmişdir. ”Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haqqında” 2001-ci il avqustun 1-də imzaladığı fərmana əsasən hər il avqustun 1-i Azərbaycan dili və əlibası günü kimi qeyd edilir. O, demək olar ki əksər çıxışlarında bu məsələyə toxunur, ”Biz fəxr edə bilərik ki, belə zəngin söz ehtiyatına malik olan dilimiz var”,- deyirdi:
Ardı-arası kəsilməyən dil haqqında qanunların imzalanması, fərmanların verilməsində məqsəd yad təsirlərə məruz qalan dili özünə qaytarmaq idi. Daha bir uğurlu addım isə Azərbaycan Respublikasının Dövlət Dili haqqında qanun idi. Həmin qanun 30 sentyabr 2002-ci ildə qəbul edilmişdir. Qanuna əsasən, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi dövlətçiliyin başlıca əlaməti sayılmalı, xalqın ali məqsədi olmalı, dilin hüquqi statusunu nizamlamalıdır. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizdə-Azərbaycan dilində danışırıq, bu əsl xoşbəxtlikdir. Biz isə bir Azərbaycan vətəndaşı olaraq öz dilimizin qeydinə qalmalı, onu yad təsirlərdən qorumalı, inkişafı, dirçəlməsi yolunda əlimizdən gələni əsirgəməməli, Ulu öndərimizin yolunu davam etdirməliyik, çünki dil milli sərvətimizdir, babalarımızın bizə qoyub getdiyi ən zəngin xəzinədir, gəlin əl-ələ verək, onu göz bəbəyimiztək qoruyaq, gələcək nəsillərə ötürək, H.Əliyevin dediyi kimi; “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir”...
Gülçöhrə Hüseynova - Bərdə şəhər E. Kərimov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan-dili və ədəbiyyatı müəllimi
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 16-11-2024, 13:45 : Məşhur ingilis aktyor Teo Ceyms "BakuBus"da
Şou-Biznes
- 7-12-2024, 17:21 : Küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq
Xəbərlər / Ölkə