BolgeXeber.Com » Analitika » Azərbaycan və Pakistan əlaqələri: Tarixdən gələcəyə

Azərbaycan və Pakistan əlaqələri: Tarixdən gələcəyə

26-02-2025, 10:31
Oxunub: 5 224
Azərbaycan və Pakistan arasındakı əlaqələrin böyük tarixi
vardır . Respublikamızın müstəqilliyini tanıyan ölkələr içərisində Pakistan İslam dövləti ilk üçlükdə yer alır. Eyni zamanda “Xocalı soyqırımını” ilk tanıyan ölkədə qardaş Pakistandır. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşında da Pakistan hər cür dəstək göstərəcəyini bəyan edərək yanımızda olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.
Ötən gün Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına görüşü baş tutub. Bu görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsininə töhfə verir. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi:- Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Münasibətlərimiz nəinki xaqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.
Görüş çərçivəsində bütün sahələr üzrə əlaqələrimizin daha da genişlənməsi üçün addımlar atılacağı vurğulanmışdır. Baş nazir Məhəmməd Şahbaz Şərif cənablarının ölkəmizə səfəri zamanı 10-dan artıqdır saziş imzalanmışdır. Onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Ümumumilikdə bu günə kimi Azərbaycan və Pakistan arasında 50 sənəd imzalanmışdır.
Ölkə başçımız görüş çərçivəsində bildirmişdir ki, keçən ilin yayında Pakistana rəsmi səfəri zamanı ölkəmiz tərəfindən Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracağı bildirilib. Bu istiqamətdə heyətlər gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Cənəb Prezident İlham Əliyev qeyd edib ki, ümid edirəm Novruz bayramından sonra, biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.
Pakistan və Azərbaycan tarixi əlaqələrə və ortaq məqsədlərə dayanan güclü bir bağa sahibdir. İki ölkə Arasındakı planlar, müxtəlif sahələrdə əməkdaşlıq və stateji tərəfdaşlıq tarixin gələcək çağlarında da dərinləşəcək, regional sabitliyə töhfə vermək üçün güclü iradəni əks etdirəcək, ən yüksək inkişaf dövrünü yaşayacaqdır.

 
Fəridə Süleymanova - Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi