Cəbrayılda “Diqqət, uşaqlar!” aksiyası keçirilib
Cəbrayıl rayon Mehdi Mehdizadə adına tam orta məktəbdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən “Diqqət, uşaqlar!” maarifləndirici tədbiri keçirilib.
Tədbirin məqsədiməktəblilərə yol hərəkəti qaydalarını öyrətmək, onlarda təhlükəsiz davranış vərdişləri formalaşdırmaq olub.
DYP əməkdaşları şagirdlərə piyada keçidlərindən düzgün istifadə qaydaları, işıqfor siqnallarının mənası və yol nişanlarının əhəmiyyəti barədə əyani məlumat veriblər.
Onlara diqqətli olmağın, qaydalara əməl etməyin həyati əhəmiyyəti izah olunub. Sonda məktəblilərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yaddaş vərəqələri və bukletlər təqdim edilib.