Seksə başı qarışıb qəzaya düşən sürücü ilə bağlı DİN-dən açıqlama
11-03-2015, 16:03
Oxunub: 5 758
Daxili İşlər Nazirliyi sərnişinlə maşında sekslə məşğul olarkən qəzaya düşən sürücü ilə bağlı məlumat yayıb.
Qaynar.info DİN-in saytına istinadən xəbər verir ki, martın 9-da saat 22 radələrində Nəsimi rayonunun H.Ələsgərov küçəsində Bakı şəhər sakini Ramil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırmış və nəticədə o, hadisə yerində ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, report.az saytında yayılan məlumata görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb və sekslə məşğul olmağa başlayıblar.
Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər