93 saylı Uşaq bağçasında böyük problem - FOTOLAR
18-03-2015, 12:07
Oxunub: 21 391
Yenicə təhvil verilmiş bağçanın su xətti partladı, yaşayış binasını su basdı
Dünən Yasamal rayonunda yerləşən 93 saylı uşaq bağçasında su xəttinin partlaması nəticəsində Mirəli Seyidov küçəsi 147 ünvanda yerləşən yaşayış binasının zirzəmisini su basıb. Bina sakinləri baş verənlərdən təlaşa düşüblər.
"Azərsu" ASC-nin əraziyə təhkim etdiyi əməkdaşları iş və qeyri-iş saatları ərzində zirzəmidən suyun daşınmasına çalışıblar. Problemin həlli üçün bağçaya və yaşayış binasına içməli suyun verilməsi dayandırılıb.
"Azərsu"nun əməkdaşları "Bizim Yol"a bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ötən il yenicə istifadəyə verilən uşaq bağçasında su xətləri yenisi ilə əvəz edilməyib. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaqlar Evləri İdarəsinin nəzdində uşaq bağçasına içməli suyun verilməsi isə yaxın günlərdə mümkün deyil.
Belə ki, problemin aradan qaldırılması üçün işlər bu həftənin sonuna qədər davam edəcək. Bundan sonra bağçaya və yaşayış binasına içməli suyun verilməsi bərpa olunacaq. Onu da bildirək ki, binanın zirzəmisini su basması nəticəsində zirzəmidə fəaliyyət göstərən iaşə obyektlərinə ciddi zərər dəyib.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman