BolgeXeber.Com » Ölkə » Direktor müəllimləri gizli kameraya çəkir -Sumqayıtda (FOTO)

Direktor müəllimləri gizli kameraya çəkir -Sumqayıtda (FOTO)

7-04-2015, 16:29
Oxunub: 4 348 Direktor müəllimləri gizli kameraya çəkir -Sumqayıtda (FOTO)Sumqayıt şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin müəllimləri redaksiyamıza ilginc məktub ünvanlayıb

Təhsil işçiləri adıçəkilən məktəbin direktoru Səlimxanov Bəhruz Ramazan oğlundan şikayətçi olduqlarını qeyd edirlər.

“O, təyin olunduğu gündən etibarən müəllimləri və şagirdləri təhqir edir, müəllimə yaraşmayan söhbətlər edərək, valideynlər arasında anlaşılmazlıq yaradır. Valideynləri, əsasən, gənc anaları müxtəlif yollarla aldadaraq, onlardan pul, məktəb fondu yığmağı tələb edir.

Və istəyinə nail olur. Lakin işin üstü açılanda bu işdən vaz keçir. Fikirləşib ayrı variant tapır, ayda 2-3 dəfə şagirdlərin, biliklərini yoxlamaq məqsədilə test yoxlaması keçirərək, 1 vərəq kağıza 1 manat qiymət qoyur”-deyə müəllimlər şikayətlənirlər.

Müəllilərin bildirdiyinə görə, gənc direktor işçilərin fəaliyyətini izləmək üçün müəllimlər otağına qanunsuz olaraq gizli kameralar quraşdırıb. Kameralar vasitəsilə o müəllimləri izləyir.

Şikayətçilərin iddialarına əsasən müəllimlərə `qan udduran` direktor qanunsuz yolla təhsil alıb. O, Dağıstan Respublikasındakı universitetlərdən birindən köçürmə yolla Elşad Abdullayevin fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetina daxil olub və oranı bitirib.

Qeyd edək ki, haqqında ciddi ittihamlar səsləndirilən direktorun mövqeyini öyrənməyə çalışsaq da onunla əlaqə saxlamaq mümkün olmadı.

azvision.az
Direktor müəllimləri gizli kameraya çəkir -Sumqayıtda (FOTO)