“20 ildir nazirdir, Azərbaycan dilində danışa bilmir”
8-04-2015, 12:04
Oxunub: 4 341
"İyirmi ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?"
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada deyib. Millət vəkili qeyd edib ki, dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır:
“Cənab prezidentin də dilimizin inkişafı ilə bağlı sərəncamı var. Ölkə başçısının da ana dilimizdə necə gözəl danışdığının şahidiyik. Amma baxmaq lazımdır ki, məmurlarımız dilimizdə necə danışır. 20 ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?.. Məmurlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”.
S. Rüstəmxanlı xatırladıb ki, əgər Sovetlər birliyi dönəmində Azərbaycan dilinin rəsmi dövlət strukturlarında işlənməsi probelmi var idisə, amma indi dilimiz ola-ola onun zibillənməsi prosesi gedir: “ Bu yaxınlarda Almaniyada yaşayan bir tanışım mənə zəng etdi ki, filan mahnının sözlərinə qulaq asmısınızmı? Niyə mahnılarınızı bu günə salırsınız? Mahnıdakı sözlər etikadan kənar idi”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər