BolgeXeber.Com » Ölkə » Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

14-07-2015, 18:55
Oxunub: 3 067 Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilibƏvvəlcə tədbir iştirakçıları Ulu Öndərin rayonun Mərkəzi Meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmiş, sonra Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlişi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmşdir ki, 46 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayətində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu. Zəngin təcrübə, böyük təşkilatçılıq bacarığı, gördüyü işlərin sayəsində keçmiş Sovetlər Birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilmiş, həmin dövrdə SSRİ-nin ən yüksək dövlət postlarından olan SSRİ Nazirlər Sovetinin I müavini təyin olunmuşdur. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov, şəhər 6 saylı məktəbin tarix müəllimi Elmira Müzəffərova çıxış edərək Ulu Öndərin hakimiyyətə gəlişindən sonra respublikada sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində intibah dövrünün başlandığını vurğulamış, qeyd etmişlər ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları arasında qabaqcıl yerə çıxmışdır. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edib. Həmin tarixdən 46 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarxa da baxdılar.
Bolgexeber.com
Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilib
Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilib
Tərtərdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar tədbir keçirilib