Bakıda “avtobus manyakı” peyda olub - VİDEO
17-08-2018, 13:56
Oxunub: 3 053
Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.
199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin “avtobus manyakı” sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.
Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.
İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyəti orqanlara müraciət edilib.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman