Toy günü gəlin qaçdı, bəy başqa qızla evləndi – Azərbaycanda
24-08-2018, 11:28
Oxunub: 2 278
Dünən Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.
“Ölkə.Az” xəbər verir ki, qəsəbədə toy mərasimi keçirən Adil Eyvazov (ad şərtidir) adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində üzləşdiyi vəziyyət onu pis duruma salıb.
Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib.
Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında “heyvankəsdi” adlanan vaxt evdən qaçıb.
Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.
Oğlanın valideynləri gəlinin başqa bir oğlanla qaçması nəticəsində xeyli maddi ziyana düşdüyünü bildirir.
Hazırda Salyanın Qaraçala qəsəbəsində bəyin toy mərasimi davam edir.
Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman