İmişlinin Bəcirəvan kəndində səyyar qəbul keçirilib-FOTO
4-09-2018, 17:17
Oxunub: 6 733
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər
Bolgexeber.com xəbər verir ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxışızamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.
Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədədə yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, İmişli rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşafı ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həll iistiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər budan sonrada davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd sakinlər itərəfindən qaldırılan məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman