Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb
15-11-2019, 18:05
Oxunub: 3 203
“Bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var. Yəqin bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var”.
“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.
Onun sözlərinə görə, II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəstəliklərindən xəbərsiz olur: “Ona görə də həmin xəstələr qeydiyyata düşmür. Məktəblərdə valideynlərin və müəllimlərin hu sahədə məlumatlı olması üçün iki il əvvəl Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra qeydiyyata düşənlərin sayında ciddi irəliləyiş əldə olunub. Valideyn çox vaxt övladının diabet xəstəsi olmasını gizlədir. Çünki valideynlər ehtiyat edirlər ki, birdən qızını kimsə almaz və ya oğluna kimsə qız verməz. Bu düşüncələrdən azad olmaq lazımdır. Hətta bir qadın xəstəm olub ki, ana olana qədər həyat yoldaşı onun şəkərli diabet xəstəsi olmasından xəbərsiz olub. İnsulinini hamama duş qəbul etmək adı ilə gedəndə vururmuş”.
B.Salek bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb: “Şəkərli diabet xəstəsi olan uşaqların sayı respublika üzrə 1800-dən artıqdır. Hökumət tərəfindən bu xəstələr insulin və dərman vasitələri ilə tam təmin edilir”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər