Xaçmazda iki evdən oğurluq edən şəxs saxlanılıb
14-01-2020, 17:42
Oxunub: 3 317
Xaçmazda iki evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər