BolgeXeber.Com » Ölkə » Tovuzda ustaları elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanılıb
Tovuzda ustaları elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanılıb
24-01-2020, 18:20
Oxunub: 3 917
Tovuz rayonunda ustaların elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.
Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər