Qubada evdən oğurluq edən gənclər saxlanılıblar
30-01-2020, 13:32
Oxunub: 6 437
Qubada fərdi yaşayış evindən oğurluq edən gənclər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar.
Saxlanılan zaman oğurluq yolu ilə əldə edilən müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər