BolgeXeber.Com » Ölkə » Azərbaycanda "Analar Günü" təsis oluna bilər

Azərbaycanda "Analar Günü" təsis oluna bilər

3-05-2024, 13:56
Oxunub: 536
Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər.
 
Bolgə.TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
 
O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:
 
"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik".
 
B.Muradova qeyd edib ki, Azərbaycanda "Analar Günü"nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: "Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq".