BolgeXeber.Com » Ölkə » Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var

Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var

3-05-2024, 16:21
Oxunub: 696
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Bolgə.TV-yə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.
"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", MN-dən bildirilib.