BolgeXeber.Com » Ölkə » Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bakıda yağış nə vaxta kimi davam edəcək?

9-12-2024, 09:40
Oxunub: 560
Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Bolgə.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
"Düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir", - G.Abbasova deyib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.