Ədəbiyyat üzrə Nobel mükafatını Belarus yazıçısı aldı
9-10-2015, 09:41
Oxunub: 4 959
2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısı Svetlana Aleksiyeviçə verilib. Münsiflər heyətinin təqdimatında yazıçının hekayəsi "zamanımızın şücaəti və iztirablarının abidəsi" kimi təsvir edilib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveç Kral Akademiyasının daimi katibi Sara Danius bildirib.
Laureatın elanı mükafatın saytında birbaşa yayımlanıb. Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.
Svetlana Aleksiyeviç rusdilli ədəbiyyatın klassiklərindəndir. O, “Müharibənin qadın siması yoxdur”, “Sink oğlanlar”, “Sekond hand zamanı” kitablarının müəllifidir. "Çernobıl duası" onun məşhur hekayələrindən biridir.
Nobel mükafatının 2015-ci ildəki məbləği 8 milyon İsveç kronu, yəni 953 min ABŞ dollarıdır.
Bukmeyker şirkətlərinin favoriti bu il dəbdə olan yapon yazıçısı Xaruki Murakami, keniyalı yazıçı Nqui Va Txionqo, Norveç dramaturqu Yun Fosse, Amerika klassiki Filip Rot, avstriyalı Peter Handke olub.
S.Aleksiyeviç 2013-cü ildə Nobel mükafatına namizədlərdən biri olub. O, ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər