ABŞ səfirliyinin dəstəyi ilə “The Exchange” vokal qrupu Lənkəranda konsert verdi-FOTO
17-03-2016, 17:15
Oxunub: 5 639
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub
Bolgexeber.com xəbər verir ki, qrup ulduzlardan ibarət vokal pop “oğlan qrupu”dur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını A kapellada oxuyurlar.
Azərbaycanda “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirəcək.
Martın 17-də qrup Lənkəran Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etdi. Konsert Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlandı. ABŞ-ın Bakıdakı Səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözü ilə salamladıqdan sonra qrup haqqında məlumat verdi.
Anşlaqla keçən konsertdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes