“Xəcalət” tamaşası Hacıqabulda təqdim edildi
14-04-2016, 16:54
Oxunub: 3 999
Xalq artisti Nurəddin Mehdixanlı göstərilən qayğı və diqqətə görə rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarova və rayon sakinlərinə münnətdarlığını bildirdi
13.04.2016-cı il tarixində Akademik Milli Dram Teatrının nümayəndə heyəti, Xalq artistləri rayonumuzun qonağı olmuşlar, rayonumuzda gedən abadlıq işləri ilə, Ulu Öndərin adını daşıyan parkla, açıq tipli kino teatrla, uşaqlar üçün olan əyləncə parkı ilə tanış olmuşlar. Sonra qonaqları rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarov qəbul etmiş, səmimi mehriban söhbətlər aparılmışdır.
Günün ikinçi yarsı isə Hacıqabul rayon Mədəniyyət Mərkəzində Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanan iki hissəli müasir dram "Xəcalət" tamaşası nümaiş olundu. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
"Torpaqlarımızın 20 faizinin işğal altında olduğu, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu məqamda bu tamaşalar xüsusilə aktual səslənir. Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən "Xəcalət" iki hissəli müasir dramı tamaşası Hacıqabul sakinləri tərəfindən çox rəğbətlə qarşılandı və alqışlandı. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artisti Mətanət Atakişiyeva, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər.
Sonda xalq artisti Nurəddin Mehdixanlı göstərilən qayğı və diqqətə görə rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarova və rayon sakinlərinə münnətdarlığını bildirmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər